Almaniyada nüvə stansiyasının kompüterlərinə virus hücumu olub

Almaniya KİV-ləri bu ölkənin  Bayern əyalətində  Qundremminqen şəhərindəki  Atomo Elektrik Stansiyasının kompüter sistemlərinə  virus hücumu olduğunu xəbər veriblər. 
Maide.Az xəbər verir ki, bu  AES Munix  şəhərinin  120 kilometr şimal-qərbində yerləşir.  RWE şirkəti  elan edib ki,  hücum edilən  virus “Conficker” və “W32.Ramnit” viruslarıdur ki, stansiyanın B bölmələrinin birinin kompüterində tapılıb. 
“W32.Ramnit” virusu  əsasən  qovluqları  kompüterdən oğurlamaq məqsədi ilə yaradılmış virusdur.   Bu növ virus ilk dəfə 2010 –cu ildə  kəşf olunub və hücum  edən şəxsə  ələ keçirdiyi kompüteri idarə etmək imkanı yaradır. 
 Conficker  virusu ilk  dəfə  2008 –ci ildə  müşahidə olunub. İndiyədək dünyada milyonlarla kompüterə hücum edib.  
Məlumata görə, AES-in kompüterləri internetə qoşulmadığı üçün  stansiyanın işində porblem yaranmayıb.
 

Google+ WhatsApp ok.ru