Türkiyədə məscid partlayışında 10 nəfər yaralanıb

Türkiyənin Bursa şəhərində. Ulucami məscidinin yaxınlığında terror aktı törədilib.

 

Maide.Az xəbər verir ki,  partlayış nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

Eyni zamanda, partlayışdan yaxınlıqdakı mağazaların şüşələri qırılıb, mallar ətrafa dağılıb. Hadisə yerinə çox sayda polis, təcili yardım və xilasetmə qüvvələri cəlb edilib.

Hadisəni 25 yaşlı qadın kamikadzenin törətdiyi və ölənin də terrorçunun özü olduğu bildirilir.

Hazırda polis partlayışın səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.

Google+ WhatsApp ok.ru