İşğalçı İsrail qırıcıları Qəzzanı bombaladı

İşğalçı İsrail qırıcıları Qəzzanı bombaladı

Sionist İsrail rejim ordusuna məxsus qırıcı təyyarələr Qəzza zolağının cənub hissəsinə zərbələr endirib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, işğalçı rejim Hərbi-Hava Qüvvələri Qəzzənin cənubundakı Xan Yunus bölgəsində yaşayış massivi və  kənd təsərrüfatı ərazisini bombalayıb. 
 
İsrail ordusu öz məlumatında iddia edib ki,  bazar günü axşam Qəzzadan işğal olunmuş əraziyə bir raket atılıb.  Xan Yunusun bombalanması həmin hücuma cavab olaraq həyata keçirilib. 
 
İsrial rejiminin Qəzzadan raket atılması iddiasına  müqavimət qüvvələri hələlik münasibət bildirməyib. 
 
Hücum zamanı  ölən və yaralananlar barədə məlumat verilməyib. 
 

Google+ WhatsApp ok.ru