İşğalçı İsrail qüvvələri fələstinli gənclərə hücum edib, saxlanılanlar var

İşğalçı İsrail qüvvələri fələstinli gənclərə hücum edib, saxlanılanlar var

Sionist İsrail rejiminin təsis edilməsi və 800 min fələstinlinin qaçqın düşməsinin 72-ci ildönümü münasibətilə  Fələstinin işğal olunmuş ərazilərində etiraz aksiyası keçirilib. 
 
Maide.Az "salamnews"a istinadla xəbər verir ki, İordan çayının qərb sahilində fələstinli etirazçılara işğalçı qüvvələr hücum edib, gənclər saxlanılıblar.
 
İşğalçı İsrail qüvvələri İordan çayının bir sıra bölgələrində xüsusilədə Cenin rayonunun Yabud qəsəbəsinə basqınlar edərək, həbslər həyata keçiriblər.
 
Yabud qəsəbəsində bu gün sübh həyata keçirilən həbslərdə bir qadın və onun qızı da saxlanılıb.
 
Qüdsün şərqində Əbu-Dis qəsəbəsi ərazisində üç fələstinli İsrail qüvvələrinin atəşinə tuş gələrək yaralanıb.
 
Qeyd edək ki, Fəth hərəkatı, eləcə də fələstinli hərəkatlar ötən gün İsrailin təsis edilməsi və 800 min fələstinlinin qaçqın vəziyyətinə salınması ilə bağlı bəyanat veriblər və paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin təsis edilməsi uğrunda mübarizəni dayandırmayacaqlarını bəyan ediblər.
 
Qeyd edək ki, cari ramazan ayının son cüməsi Fələstin torpaqlarında və 

Google+ WhatsApp ok.ru