İsrail işğalına qarşı olan COVID1948 həştəqi Twitter-də trendə çevrildi 16 May 2020 02:08 Fələstin Öldürücü virusla sionist rejiminin eyni mahiyyətli olduğuna diqqət çəkilib Dünyada yayılmış COVID-19 virusunun fonunda Fələstin Müqavimət Hərakatını dəstəkləyən təşkilat və dünyanın müxtəlif ölkələrindən olan sosial şəbəkə iştirakçıları Twitter sosial şəbəkəsində yeni həştaq yaradıblar. Maide.Az xəbər verir ki, #COVID1948 haştəqi altında sionist rejimin Fəstətini işğalı və bu günə qədər törətdiyi cinayətlərdən bəhs edən paylaşımlar edilib. Qısa müddət ərzində həştaq Twitter-də ilk üçlükdə yer alıb. Qeyd edək ki, ideya müəllifləri bununla öldürücü virusla sionist rejimin eyni mahiyyətli olduğuna diqqət çəkmək istəyiblər. Xatırladaq ki, Fələstin ərazilərində Britaniya mandasının başa çatmasına bir gün qalmış, 14 May 1948-ci il tarixdə İsrail rejimi Fələstin əraziləri hesabına bu torpaqlarda varlığını bəyan etdi. Həmin gündən bu tarix “Nəqbə Günü”, fəlakət günü kimi qeyd olunmaqdadır. Həmin gündən etibarən Fələstin xaqlı zorla öz evlərindən çıxarılaraq öz torpaqlarından sürgün edilir. O gündən fələstinlilər və müsəlman aləmi bu günü tarixin ən acı günü kimi xatırlamaqda, xatırlatmaqdadır. Həmin tarixdə 800 mindən çox fələstinli evlərindən zorla çıxarıldıqda özləri ilə bu günün rəmzini də daşımağa başladılar. Bu, bir gün öz evlərinə, öz torpaqlarına qayıdacaqları ümidilə özlərilə gəzdirdikləri evlərinin açarları idi. O açarları hələ də saxlayır və bir gün mütləq öz evlərinə qayıdacaqları inamı ilə müqavimət göstərməkdədirlər. Hazırda 6 milyondan artıq fələstinli didərgin vəziyyətindədir. Torpaqlarından didərgin salınmış bu fələstinlilərin böyük əksəriyyəti hal-hazırda İordaniya, Livan və Suriyada yaşamaqdadır. Təqribən bir o qədər də fələstinli Fələstinin geri qalan torpaqlarında yaşamağa davam edir. Bu fələstinlilər İsrail qununları ilə öz ərazilərində belə immiqrant hesab olunur. Qəzzada 1 milyon 200 mindən çox fələstinli didərgin var. Qəzzada 8, Qərbi Şəriyyədə isə 19 didərgin düşərgəsi var. Təqribən 1.5 milyon fələstinli hazırda İsrail işğalı altındakı ərazilərdə yaşamağa davam edirlər. Teqlər : #fələstin,#COVID1948, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstin xalqı İsrail rejimi ilə münasibətlərin normallaşmasını lənətləyir - FOTO İşğalçı İsrail qüvvələri fələstinli gənclərə hücum edib, saxlanılanlar var
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar