İşğalçı İsrail rejimi bir daha Qəzzanı bombaladı

İşğalçı İsrail rejimi bir daha Qəzzanı bombaladı

Sionist İsrail hərbi təyyarləri Qəzzaya hava hücumları təşkil edib. 
 
Maide.Az  Presstv-ə istinadən xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, işğalçı rejim elan edib ki, bu rejimə aid döyüş təyyarələri, Həmasın silahlı qanadı "İzzəddin Əl-Qəssam" briqadalarının Beyt Lahiyə və Qəzzanın şərqindəki Əl-Yərmukdə olan iki mövqeyinə zərbələr endirib.
 
Bundan əlavə fələstinlilərə aid əkin sahələrinə də bombaların atıldığı bildirilib.
 
Hücum zamanı ətrafdakı binalara ciddi ziyan dəyib.
 
İşğalçı rejim radiosunun xəbərində isə, Qəzzadan dünən gecə atılan raketin, İsrailin cənubundakı Eşkol ərazisində boş sahəyə düşdüyü iddia edilmişdi.
 
Qeyd edək ki, işğalçı rejim bir müddət öncədə raket atılması bəhanəsi ilə Qəzzaya hava hücumu təşkil etmişdi və Qəzzanın müxtəlif bölgələrini bombalamışdı. 
Fələstin səhiyyə xidməti elan etmişdi ki, hücum zamanı 4 fələstinli yaralanıb.
 
Təl-Aviv rejimi son illər dəfələrlə Qəzzaya hücumlar təşkil edib. Qəzza zolağı 2007-ci ildən İşğalçı İsrail rejimi tərəfindən mühasirəyə alınıb. Qəzzada Fələstinin məzlum xalqı çox ağır şəraitdə yaşayır. 1 milyon 800 min nəfərlik Qəzza sakini İşğalçı İsrail rejimi tərəfindən bir çox azadlıqdan məhrum edilib. Evsizlik, işsizlik, səhiyyə xidmətinin və təhsilin olmaması, Qəzza sakinlərinin əsas problemləridir. 
 

Google+ WhatsApp ok.ru