Zərdüşt Əlizadə: “Sionist rejimi qarışıqlıqdan istifadə edib Həmasa və Hizbullaha zərbələr endirir” 15 Sentyabr 2016 01:00 Fələstin Son vaxtlarda sionist rejimi Suriya ərazilərini bombalamaqda fəallıq nümayiş etdirir. Belə ki, Suriyada tərəflər arasında atəşkəs əldə olunduğu bir vaxtda sionist İsrail rejimi fəal tərzdə zərbələr endirir. Ekspertlərin fikrincə bu fəallığın fonunda rejimin mənfur hədəfləri dayanır. Bu arada, Suriya tərəfi sionist İsrail rejiminin təyyarəsinin vurulduğunu da qeyd edib. Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Suriyada tam ortaq məxrəcə gəlib ümumi bir iş görmək qeyri-mümkündür: “Suriyada müxtəlif ölkələr öz maraqlarını təmin etməyə çalışır. Bu baxımdan Suriyada tam ortaq məxrəcə gəlib ümumi bir iş görmək qeyri-mümkündür. Ümumi problemin hansısa bir hissəsində əməkdaşlıq edilir, amma başqa mərhələsində fikir ayrılıqları yaranır. Ortada isə Suriya dövləti və xalqı qalır. Ölkə kimlərinsə maraqlarının toqquşduğu meydana çevrilib. Suriyaya daxil olan ölkələrin bəziləri Rusiya kimi rəsmi Dəməşqdən icazə ilə iş görür, digəri isə beynəlxalq terrorla mübarizə adı ilə ölkəyə soxulur və maraqlarını təmin edir. Ümumiyyətlə isə hər bir oyunçu öz maraqlarını güdür. Burada sionist İsrail rejiminin də öz maraqları var. Sionist İsrail rejimi Suriyadakı qarışıqlıqdan istifadə edib, Həmasa və Hizbullaha zərbələr endirir”. Teqlər : #Zərdüşt Əlizadə: Sionist rejimi qarışıqlıqdan istifadə edib Həmasa və Hizbullaha zərbələr endirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejim 2016-cı ildə Qərb sahilində 2623 evin tikilməsinə icazə verib İşğalçı İsrail rejimi bir daha Qəzzanı bombaladı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar