İşğalçı İsrail rejiminin Qəzzaya hücumları 3 gündür ki davam edir

İşağlçı İsrail rejim  qırıcıları  artıq  3 gündür ki, davamlı olaraq  Qəzza  zolağını bombalayır. 
 
Maide.Az  xəbər verir ki, cümə günü  Sionist rejim ordusu bəyanat yayaraq  elan edib ki, təyyarə, topxana və tanklarla Həmas-ın Qəzzadakı mövqelərini bombalayıb.
 
İşğalçı  rejim   iddia edib  ki, bu hücumlar  guya  Fələstinlilərin  işğal olunmuş ərazilərə raket zərbələri  endirməsinə cavab  olaraq  baş tutur. 
 
Şahidlərin  bildirdiyinə görə,  işğalçı rejim  qırıcıları  gün ərzində  dəfələrlə  Qəzzanın şimalında Beyt Lahiya və Xan Yunusun cənub şərqini bombalayıblar.
 
Hələlik  ölənlər və dəymiş ziyan barədə məlumat yoxdur. Lakin ötən gün  işğalçırejim  topxanasının atdığı bomba nəticəsində bir fələstinli qadın  Xan Yunusda  həyatını itirib. 
 

Google+ WhatsApp ok.ru