İsrailin Qəzzanı bombalaması nəticəsində uşaqlar ağır yaralandılar

İsrail sionist qüvvələrinin fələstinlilərə qarşı soyqırım siyasəti davam edir
 
İslamazeri.az “Palinfo” saytına istinadən xəbər verir ki, İsrail qırıcıları Qəzzanın cənubunda yerləşən hava-limanı, həmçinin “Rəfah” nəzarət-keçid məntəqəsinin yaxınlığına iki raket zərbəsi endirib.
Nəticədə 3 uşaq və 65 yaşlı kişi yaralanıblar.
 
Bundan əlavə, şahidlərin bildirdiyinə görə, iki raket Rəfah şəhərinin sakinlər yaşayan rayonunda partlayıb. Daha bir raket isə, Qəzzanın şimalına tuşlanıb.
 

 

Google+ WhatsApp ok.ru