İşğalçı İsrail rejimi Qəzzadakı balıqçılara yenə məhdudiyyət tətbiq etdi 06 İyun 2019 18:35 Fələstin İşğalçı İsrail rejimi yenə də mühasirədə saxladığı Qəzza zolağında yaşayan fələstinli balıkqçılar üçün Aralıq dənizində məhdudlaşdırıcı qərar qəbul edib. Maide.Az “AA”a istinadla xəbər verir ki, bu barədə Qəzzanın kənd təsərrüfatı birliyinin yanındakı həmkarlar ittifaqının sədri Zəkəriyə Bəkr xəbər verib. O bildirib ki, fələstinli balıqçılar üçün nəzərdə tutulmuş su ərazisi 15 dəniz milindən 10 dəniz milinə endirib. Z.Bəkr qeyd edib ki, bu qərar iyun ayıın 6-dan qüvvəyə minib. Qeyd edək ki, Fələstin Azadlıq Təşkilatı və işğalçı İsrail rejimi ilə 1993-cü ildə Osloda imzalanmış sazişə əsasən, Qəzzalılar işğalçı rejimin müdaxiləsi olmadan 20 mil qədər balıq tutma hüququna malikdirlər, lakin işğalçı rejim balıqçıların fəaliyyətini məhdudlaşdırır və bu sazişin tələblərini pozur. Xatırladaq ki, 2 milyondan artıq əhalisi olan Qəzza zolağı 2006-cı ildən İsrail rejimi tərəfindən mühasirədə saxlanılır. Qəzza zolağında 4 min nəfər balıqçılıq edərək, 50 min insanın ehtiyacını ödəyir. Teqlər : #İşğalçı,#İsrail,#rejimi,#Qəzzadakı,#balıqçılara,#yenə,#məhdudiyyət,#tətbiq,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa İttifaqı yəhudiləşdirmə siyasətinin əleyhinə olduğunu açıqlayıb Avropa universitetlərinin bir qrup professoru sionist rejimi baykot etməyə çağırıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar