Avropa İttifaqı yəhudiləşdirmə siyasətinin əleyhinə olduğunu açıqlayıb 04 İyun 2019 12:15 Fələstin Avropa İttifaqı (Aİ) İsrail rejiminin işğal altındakı Qüdsdə yəhudilər üçün 805 yaşayış yeri inşa etməyə dair tender qərarından sonra yəhudiləşdirmə siyasətinə qarşı olduğunu bildirib. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Aİ açıqlamasında "İsrailin Şərqi Qüdsdə də daxil olmaqla, yəhudiləşdirmə siyasətinə qəti şəkildə qarşı olduğumuzu vurğulayırıq. Bu beynəlxalq qanunlara uyğun gəlməyən tamamilə qeyri-qanuni hərəkətdir. Eyni zamanda sülh işlərinin qarşısında da maneə yaradır", - deyə qeyd edib. Aİ iki dövlətli həll formulunun tətbiqi üçün tərəflər və beynəlxalq dairələrlə əlaqələrini davam etdirəcəyini diqqətə çatdırıb. Açıqlamada Şərqi Qüdsdəki yəhudiləşdirmə və yəhudi yaşayış sahələrini genişləndirmə siyasətimin çözümü mümkünsüz hala gətirdiyi bildirilərək, qalıcı və ədalətli sülhün təmin edilməsi üçün Qüdsün iki dövlətin də paytaxtı olmalı olduğu iddia edilib. İsrail rejimi Qüdsdə 805 yəhudi yaşayış yeri inşa etmək üçün tender elan edəcəyini və bunlardan 460-nın Bisqat Zeiv, 345-nin Ramat yəhudi yaşayış yerində olacağını açıqlamışdı. Teqlər : #Avropa,#İttifaqı,#yəhudiləşdirmə,#siyasətinin,#əleyhinə,#olduğunu,#açıqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi qüvvələri Əqsa məscidinə basqın edib İşğalçı İsrail rejimi Qəzzadakı balıqçılara yenə məhdudiyyət tətbiq etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar