İşğalçı İsrail rejimi qırıcıları Qəzzaya hücum edib

İşğalçı  İsrail rejim qırıcıları  Qəzza zolağına hücum edib. Hücum nəticəsində Qəzzanın müxtəlif bölgələrinə bombalar atılıb,bir neçə nəfər yaralanıb. 
 
Maide.Az xəbər verir ki, hücum  bu gün səhər saatlarıdna  Qəzzanın cənub-şərqində Zeytun  məhəlləsinə edilib.
 
İşğalçı rejim qırıcılarıhəmçinin Beyt Lahiya qəsəbəsinə bir neçə hava zərbələri  endirib. Sionist rejim qırıcıları  ötən gün də  Rafah şəhərində Qəzza  hava limanını  bombalayıblar.
 
İsrail rejim rəsmiləri iddia ediblər ki, guya  fələstinlilər İsrail qəsəbələrinə raket atdığı  üçün  bu hücumları  həyata keçiriblər.
 
 

Google+ WhatsApp ok.ru