Amerikada və İsraildə Qəzzaya hücumu pisləyən aksiya keçirilib

Maide.az-ın məlumatına görə, ABŞ-da İsrailin cinayətlərini pisləyən etyiraz aksiyası keçirilib. Həmçinin hökumətə sionist rejimi dəstəkləməmək barədə çağırış edilib. Los Ancles şəhərində yerləşən İsrail səfirliyi qarşısında keçirilən aksiyada insan haqları sahəsində çalışan müxtəlif qruplar  iştirak ediblər və Fələstin xalqı ilə həmrəyliklərini nümayiş etdiriblər.  
Həmçinin dünən İsrailin özündə də etiraz aksiyası keçirilib. Paytaxt Təl-Əvivdə keçirilən aksiyada israilli fəallar bu rejimin Qəzzaya hücumunu pisləyiblər.
Etirazçılar rejimi Qəzzaya hücumları dayandırmağa çağırıblar. Həmçinin əlavə ediblər ki, İsrail rejiminin işğalçılıq siyasəti bölgədə sabitsizlik yaradır.

Google+ WhatsApp ok.ru