İsrail Qəzzada yenidən qadağan olunmuş silahlar istifadə etdi

Maide.az-ın məlumatına görə, son günlər sionist rejimin Qəzza zolağına hücumundan sonra dünyasını dəyişən fələstinlilərin bədənlərinin müayinəsi zamanı məlum olub ki, hücumlar zamanı istifadəsi qadağan edilmiş silahlar işlədilib.
Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf  əl-Qədrə deyib ki, cənazələrin əksəriyyəti yanıb və parça-parça olub.
O əlavə edib ki, şəhidlərin cəsədlərinin müşahidəsi təhlükəli və qadağan olunmuş silahların istifadəsini sübut edir: “Sionist rejimi Qəzzaya son hücumları zamanı ağ fosfor kimi bombalarından istifadə edib.”
Müşahidəçilərin sözlərinə görə, şəhidlərin cəsədləri yanıb və qaralıb, çox tez bir zamanda parçalanır, onların xəstəxanaya çatdırılması çətinləşdirir.
Fələstinli həkimlər deyiblər ki, şəhidlərin və hətta yaralıların yarası çox dərindir. Yanıq bədənin dərinliyinə nüfuz edir və sümüyə kimi yandırır.
 

Google+ WhatsApp ok.ru