Amerikalı polislər daha bir afroamerikalını 10-dan çox güllə ilə öldürdü - VİDEO

Amerikalı polislər daha bir afroamerikalını 10-dan çox güllə ilə öldürdü - VİDEO

ABŞ-ın Luiziana ştatının polisi avqustun 21-i axşam bir afroamerikalının bir neçə polis tərəfindən güllələnməsi faktının araşdırdıqlarını təsdiqləyib.
 
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, sosial şəbəkədə geniş yayılan hadisənin videosunda polis “bıçaq tutan kimi görünən” bir şəxsi güllələyib. Adam yerə yıxılmadan əvvəl 10-15 atəş səs eşidilir.
 
Cənubi Luiziana polisi adamın mağazada davada iştirak etdiyini və mağazaya yenidən girməyə cəhd etməzdən əvvəl polis tərəfindən güllələndiyini söyləyib. Polis, adamın polis tərəfindən güllələndiyi zaman bıçaq tutduğunu təsdiqləməyib və istintaqın hələ ilkin mərhələsində olduğunu qeyd edib.
 
Hadisə ilə bağlı əlavə rəsmi məlumat verilməyib.
 
Hadisə Amerikanın bir çox şəhərində Corc Floyd adlı bir afroamerikalının ağ dərili polis tərəfindən öldürülməsindən sonra son həftələrdə irqçilik və polis zorakılığına qarşı geniş etirazların baş verdiyi bir vaxta təsadüf edir. Portland, Oreqon kimi bəzi şəhərlərdə mayın 25-dən etibarən keçirilən etirazlar hələ də davam edir.
 

Google+ WhatsApp ok.ru