Nigeriyada Kərbəla faciəsini anmaq üçün matəm məclisləri başladı - FOTO

Nigeriyada Kərbəla faciəsini anmaq üçün matəm məclisləri başladı - FOTO

Hicri 1442-ci il məhərrəm ayının daxil olması ilə Nigeriyanın müxtəlif şəhərlərində Kərbəla faciəsini anmaq üçün matəm məclislərinin keçirilməsinə başlanıb.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Kano, Kaduna, Sokoto, Funtua və bir sıra digər bölgələrdə İmam Hüseyn (ə) və Kərbəla şəhidləri üçün matəm məclisləri təşkil olunub.
 
Şeyx İbrahim Zəkzəkinin rəhbəri olduğu Kanodakı İslam Hərəkatının təşkil etdiyi matəm mərasim Mal İbrahim Tsohonun açılış duasını edib, Məhəmməd Radda müqəddəs Qurandan ayələr tilavət edib və Fatimə İbrahim İmam Hüseynin (ə) ziyarətini oxuyub.
 
Daha sonra əzadarlıq mərasimi keçirilib.
 
Avqustun 20-si paytaxt Abucada İmam Hüseynin (ə) matəm bayrağı ilə küçələrə çıxan nigeriyalılar, ölkədə qanunsuz yerə həbsdə saxlanılan Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının lideri Şeyx Zəkzəki və xanımı Zinət İbrahim üçün azadlıq tələb ediblər.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru