Amerikalı səfir: Avro 2018-ci ildə yox ola bilər

Amerikalı səfir: Avro 2018-ci ildə yox ola bilər

"Avro yarım ildən sonra yox ola bilər".  Bu bəyanatla ABŞ-ın Avropa Birliyindəki səfiri Ted Mallok çıxış edib.
 
O, bildirib ki, Böyük Britaniya ABŞ-la üç ay ərzində hər iki tərəfi qane edən ticarət müqaviləsi bağlamalıdır: "Böyük Britaniya üçün ən yaxşı variant uğurlu "Brexit"dir".
 
Amerikalı diplomat həmçinin əlavə edib ki, Fransa, Almaniya və Niderlandda keçiriləcək seçkilərin nəticələri Avropa İttifaqına ciddi zərbə vura bilər: "Şəxsən mən inanmıram ki, ticarət danışıqları aparmaq üçün Avropa Birliyi mövcud olacaq".
 
Böyük Britaniyanın baş naziri Tereza Mey ilk xarici lider olacaq ki, ABŞın yeni prezidenti ilə görüşəcək.
 
O, yanvarın 27-də Vaşinqtona yola düşəcək və hər iki lider Britaniya və ABŞ arasında ticarət müqaviləsinin imzalanmasının imkanlarını müzakirə edəcəklər.(bbc)
 

Google+ WhatsApp ok.ru