Nigeriyada Şeyx Zəkzakinin tərəfdarlarına zorakılıq edildi

Nigeriyada Şeyx Zəkzakinin tərəfdarlarına zorakılıq edildi

Nigeriyanın təhlükəsizlik qüvvələri paytaxt Abucada dinc nümayiş keçirən Nigeriya İslami Hərəkatının rəhbəri Şeyx Zəkzakinin tərəfdarlarına qarşı zorakılıq tәtbiq edәrәk göz yaşardıcı qazdan istifadә edib.
 
Yüzlərlə nigeriyalı Əhli-Beyt (ə) ardıcılı İMN-nin baş katibi Şeyx İbrahim Zəkzakinin azadlığa buraxılması üçün paytaxt Abucada dinc yürüş mitinqi keçirib.
 
Aksiyanın dinc şəraitdə keçirilməsinə baxmayaraq, Nigeriya rejiminin tәhlükәsizlik qüvvələri nümayişçilәrə qarşı zorakılıqla sərt müdaxilə edib. Baş verən qarşıdurmada Nigeriyanın təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib.
 
Qeyd edək ki, Nigeriya hökumətinin məhkəmə tərəfindən Şeyx Zakzəki və xanımı Zinət İbrahimin azad edilməsi barədə verdiyi qərara riayət etməməsi səbəbilə keçən həftə ölkə boyu başlayan etiraz aksiyaları hələ də davam edir.
 
Nigeriya məhkəməsi Şeyx Zəkzaki və xanımının 45 günlük həbs müddətindən sonra azad edilməsi barədə qərar verib. (deyerler.org)

Google+ WhatsApp ok.ru