Amerika qırıcıları Suriya və İraqda dinc sakinləri hədəfə alır

Amerika qırıcıları Suriya və İraqda dinc sakinləri hədəfə alır

Amerikanın başçılıq etdiyi koalisiyanın təyyarələrinin Suriyanın şimalına hücumları davam edir, bu hücumlar nəticəsində ölənlər isə əsasən dinc sakinlərdir. 
 
Maide.info xəbər verir ki, Suriya İnsan Hüquqları Müdafiəçiləri qrupu elan edib ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın Raqqanın şimalında Salihiyyə kəndinə etdiyi hücum zamanı 11 dinc sakin həyatını itirib. 
 
Məlumatda bildirilir ki, son 3 gün ərzində ABŞ-ın başçılıq etdiyi koalisiyanın hücumları nəticəsində Raqqa və Homa əyalətlərini birləşdirən yolda ən az 10 nəfər həyatını itirib.  
 
Həmçinin  Suriya müxalifətinə bağlı qaynaqlar bu hücumlar nəticəsində Hələbin şərqində Əl-Fac kəndində 20 dinc sakinin öldüyü bildirib.
 
Amerika Suriya müxalifətini dəstəkləyən əsas ölkələrdəndir. ABŞ-ın başçılıq etdiyi koalisiya 2014-cü ildə BMT və Rəsmi Dəməşqin icazəsi olmadan İŞİD terrorçuları əleyhinə mübarizə bəhanəsi ilə Suriyaya hücumlar təşkil edir. Və indiyədək İŞİD-i Suriya ərazisindən çıxarmaqda aciz qalıb.
 
Aprel ayının əvvəlində ABŞ-ın yayımladığı hesabata əsasən, ümumulikdə 2014-cü ilin avqust ayından 2017-ci ilin fevral ayına qədər ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya və İraq ərazisinə 18 min 645  hava hücumu təşkil edib. Bu hücumlar zamanı 396 dinc sakin öldürülüb.
 
Suriya parlamentinin nümayəndələrindən biri bu bəyanata reaksiya verib və bildirib ki, Amerikanın dinc sakinlərin ölümü ilə bağlı verdiyi açıqlama həqiqəti əks etdirmir və öldürülmüş dinc sakinlərin sayı dəfələrlə çoxdur. 
 
İnsan haqları təşkilatları da Suriyada ABŞ koalisiyasının hücumları zamanı ölən dinc sakinlərin statistikası ilə bağlı ziddiyyətli rəqəmlər açıqlayır. 
“Airwars" monitorinq qrupu ABŞ-ın hesabatında açıqlanan rəqəmlərin çox ehtiyatla açıqlandığını bildirib.  
“Airwars" monitorinq qrupunun məlumatına əsasən,  ABŞ-ın rəhbərliyi altında koalisiyanın İraq və Suriyada hava hücumları nəticəsində ən az 3 min 164 dinc sakin öldürülüb.  
 
BMT-nin insan hüquqları ofisinin məlumatına görə, cari ilin fevral ayından indiyədək ABŞ-ın başçılq etdiyi koalisiyanın Mosulun qərbinə etdiyi hücumlar nəticəsində ən az 300 dinc sakin öldürülüb. Onlardan 140 nəfəri mart ayının 17-də Mosulun mərkəzində bir binaya edilən hücum zamanı həyatını itirib. /

Google+ WhatsApp ok.ru