Bəhreyn alimləri ölkəyə gələn İsrail rejiminin heyyətinə etiraz etdi

Bəhreyn alimləri ölkəyə gələn İsrail rejiminin heyyətinə etiraz etdi

Bəhreyn İslam alimləri bəyanat verərək, Ali Xəlifə rejiminin sionist İsrail rejiminin idman nümayəndə heyətinə ev sahibliyi etməsini şiddətlə qınayıb.
 
Rejiminin sionist İsrail rejiminin idman nümayəndə heyətinin Manamaya gəldiyini eşidən Bəhreyn xalqı da, sionistlərin nümayəndə heyətinin Manamaya səfərinə etiraz edib.
 
Bəhreyn İslam alimlərinin bəyanatında belə qeyd olunub: "Bizim şərəfli insanlarımız Fələstin xalqının adına sionist rejimin həbsxanalarında mübarizə aparanlara kömək etməyimizi gözlədiyi halda, şəhid olan "Fatimə Hacici" kimi fələstinli qızların pak qanının axıdıldığı halda, bəzi ərəb rejimləri müsəlmanlığını, namus və şərəfini bir kənara qoyub utanmadan səmimi bir şəkildə qızlarının qatilini qonaq qəbul edirlər".
 
Bəhreyn alimləri Al Xəlifə rejiminin bu kimi davranışlarının İslam dininə zidd olduğunu bildirərək, legitimliyi olmayan bu rejimin şərəfli Bəhreyn xalqını təmsil etmədiyini vurğulayıb: "Ali Xəlifə rejimi bu hərəkəti ilə Fələstin məsələsinə Bəhreyn xalqından tamamilə fərqli baxdığını göstərdi".
 
Bəhreyndə 12-dən artıq qeyri-hökumət təşkilatı da Ali Xəlifə rejiminin sionistlərin idman nümayəndə heyətini qəbul etməsini qınayıblar.
 
Bəhreyn xalqı isə Ayətullah İsa Qasımın evinin ətrafında həyata keçirdiyi mitinqdə Ali Xəlifə rejiminin bu davranışına etiraz edib. (deyerler) /

Google+ WhatsApp ok.ru