Amerika öz hərbi güclərinin Yəməndə mövcudluğunu etiraf etdi 07 May 2016 01:00 Yəmən Amerika Müdafiə Nazirliyi ilk dəfə olaraq bu ölkənin hərbi güclərinin Yəməndə mövcudluğunu etiraf etdi. Maide.Az xəbər verir ki, Amerika Müdafiə Nazirliyinin sözçüsü Cef Devis cümə günü etiraf edib ki, Amerikanın hərbi qüvvələrindən “az hissəsi” Yəmənin fərari prezidenti Mənsur Hadinin tərəfdarları və Səudiyyə Ərəbistan koalisiyasına yardım etmək məqsədi ilə Yəmənin Əl-Mukalla şəhərinə göndərilib. O Amerika hərbiçilərinin guya Əl-Qaidə terror qruplaşması ilə mübarizə aparmaq üçün Yəmənə girdiyini bildirib. C.Devis həmçinin deyib ki, Pentaqon Yəməndə terrorçuların mövqelərini hava hücumları ilə bombalamağı gücləndirib. Amerika Müdafiə Nazirliyinin sözçüsü deyib ki, guya Amerika yalnız informasiya yardımı edir. Lakin ötən gün Human Rights Watch Amerikanı Səudiyyə Ərəbistana kaset bombalar satdığı üçün tənqid etmişdi. Yəmən qaynaqları cümə axşamı günü bildiriblər ki, ən az 100 xüsusi təyinatlı Amerika hərbiçisi Yəmənin cənubunda Ləhəc əyalətinə yerləşiblər. Yəmənin Ənsarullah Hərakatının sözçüsü Məhəmməd Əbdüs-salam cümə axşamı günü açıqlamasında bildirmişdi ki, Yəmənin cənub bölgəsi Əl-Qaidə ilə mübarizə bəhanəsi ilə əcnəbilər tərəfindən işğal olunur. Teqlər : #Amerika öz hərbi güclərinin Yəməndə mövcudluğunu etiraf etdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Human Rights Watch: Ərəbistan Yəməndə Amerika istehsalı olan kaset bombalardan istifadə edir Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü davam edir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'