Amnesty İnternational: “İsrailin Qəzzada bombardmanları müharibə cinayətidir” (VİDEO)

Amnesty İnternational təşkilatı İşğalçı İsrailin yaşayış binalarını bilərəkdən və birbaşa hədəf alaraq dağıtmaqla müharibə cinayəti törətdiyini bildirib.
 
Maide.az-ın məlumatına görə, bazar ertəsi açıqlanan hesabatda Amnesty İnternational Sionist rejim silahlı qüvvələrinin beynəlxalq qanunları pozaraq, Həmasla 50 gün davam edən müharibə zamanı mülki əhali və onların əmlakına minimum zərər verilməsi üçün lazımi tədbirlər görmədiyini bildirilir. Hesabatda Qəzzada bombardman zamanı çox sayda insanın yaralandığı, yüzlərlə insanın evini, işini və əmlakını itirdiyi qeyd edilir.
 
Amnesty İnternational Tel-Əvivin hesabatdakı açıqlamalarla bağlı şərh vermək üçün təşkilatın müraciətinə cavab vermədiyini bildirib. İşğalçı İsrail bundan öncə Həmasın hərbi əməliyyatlar keçirmək və silah saxlanması üçün mülki obyektlərdən istifadə etdiyini bildirib.
 
Qeyd edək ki, bu beynəlxalq təşkilatın Sionist rejimi  ifrat gücdən istifadə etməkdə ittiham etdiyi ilk hal deyil. Amnesty İnternational təşkilatının noyabr ayında açıqladığı hesabatda Sionist rejimin yaşayış binalarına indiyə qədər görünməmiş hücumularının çox sayda insanın həyatına son qoyduğu və böyük dağıntılara səbəb olduğunu bildirilmişdi. /

Google+ WhatsApp ok.ru