Dizel mühərrikli avtomobillərə qadağa qoyula bilər

Paris meriyası şəhərdə dizel mühərrikli avtomobillərdən istifadəni qadağan etmək niyyətindədir.

Maide.az-ın AzTV-yə istinadən məlumatına görə, təşəbbüsü ekoloji problemlərlə əlaqələndirən meriya, 2020-ci ilədək Fransa paytaxtını zərərli yanacaqla işləyən nəqliyyat vasitələrindən təmizləməyi planlaşdırır.

 Paris sakinlərinin məsələyə reaksiyası birmənalı deyil. “Mən dizelə qarşıyam, çünki, o, atmosferi çirkləndirir, və qənaət etməyə imkan vermir.” “Mən bu təşəbbüsün əleyhinəyəm, çünki, avtomobili dəyişmək olduqca baha başa gəlir.” “Problem həm də ondan ibarətdir ki, son illərdə vergi siyasəti dizellə işləyən avtomobillərin alınmasına yönəlmişdi. İndi isə biz Fransada çətin vəziyyətə düşmüşük. Bizdə avtomobillərin 60 faizi dizellə işləyir,” bu sözləri Parisin meri Ann İdalqo deyib. Paris merinin digər bir təşəbbüsü də şəhərdə yarımpiyada ərazilərin yaradılmasıdır. Başqa sözlə, konkret ərazidə yalnız məhəllə sakinləri avtomobillərdən istifadə edə biləcək. London da Paris təcrübəsini tətbiq etmək barədə düşünür. London meri Boris Consonun çirklənməni azaltmaq üçün yollar axtardırdığı, dizellə işləyən avtomobillərə əlavə 13 avro vergi tətbiq etməyi planlaşdırdığı bildirilir. /

Google+ WhatsApp ok.ru