Amnesty İnternational: `London kasset bombalarının Yəməndə istifadə edilməsini araşdırmalıdır`

Beynəlxalq insan haqlarının müdafiə təşkilatı Amnesty İnternational Səudiyyə rejiminin rəhbərliyi ilə yaradılan koalisiyanın Yəməndə Britaniya istehsalı olan kasset bombalarından istifadə etməsini sübut edən faktlar ortaya qoyub.
 
Deyerler.Org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Amnesty İnternational təşkilatının rəsmi nümayəndəsi Lama Fakih bəyan edib ki, Böyük Britaniya istehsal etdiyi kasset bombalarının Yəməndə istifadə edilməsini araşdırmalıdır. Sözügedən təşkilatdan bildiriblər ki, Səudiyyə rejimi bu qadağan olunmuş bombalarla Yəmənin dinc əhalisini bombardman edib.
 

Google+ WhatsApp ok.ru