Antiislam PEGİDA hərəkatı İsveçdə süqut etdi

İslam əleyhinə olan radikal “Qərbin İslamlaşmasına Qarşı Vətənsevər Avropalılar” (PEGİDA) hərəkatının İsveç şöbəsi fəaliyyətini dayandırıb.
Maide.az xəbər verir ki, bu barədə hərəkatın saytında məlumat verilib.
Açıqlamadan bildirilib ki, hərəkat bundan sonra “İsvçe üçün indi - För Sverige-nu” adı ilə yalnız mədəniyyər, tarix və iqtisadiyyat məsələləri ilə bağlı çalışmalar aparacaqlar.
Qeyd edək ki, PEGİDA-nın İsveçin Malmö, Qöteborq, Linköpinq və Upsala şəhərlərində keçirdiyi nümayişlərə cəmi 20 nəfər qatılmışdı. Minlələr əhali isə onlara qarşı etiraz aksiyası keçirmişdilər.
Məlumat üçün bildirək ki, PEGİDA-nın ən aktiv və geniştərkibli olduğu ölkə Almaniyadır./

Google+ WhatsApp ok.ru