İstanbulda İŞİD ovu: 5 min polis əməliyyat keçirir

Türkiyədə son günlər İŞİD təhlükəsinin artmasından sonra polis irimiqyaslı əməliyyatlara başlayıb.
Maide.az xəbər verir ki, bu gün sabah saatlarından etibarən Bağcılar, Küçükçəkməcə, Başakşehir, Eyüp, Sultanqazi, Qaziosmanpaşa, Sarıyer, Kağıthane və Bəyoğlu başda olmaqla İstanbulun 26 qəsəbəsində 5 min polisin iştirakı ilə İŞİD, PKK, DHKP/C və YDG/H üzvlərinə qarşı əməliyyat başlayıb.
Əməliyyata havadan da dəstək verilir. Polislərə Ədirnə və Bursa kimi yaxın şəhərlərdən də xüsusi təyinatlı qüvvələr və çevik alay polisi də dəstək üçün İstanbula ezam olunublar.
Məlumata görə, artıq 140 ünvana basqınlar təşkil edilib. Dəqiq rəqəm açıqlanmasa da çox sayda şübhəlinin gözaltına alındığı bildirilir.
Əməliyyat davam etdirilir.

Google+ WhatsApp ok.ru