Aralıq dənizində beşi uşaq olmaqla azı 45 miqrant həyatını itirib 20 Avqust 2020 11:56 Dünya Bu həftənin əvvəlində Liviya sahillərində batan gəmidə beşi uşaq olmaqla azı 45 miqrant həyatını itirib. BMT-nin Qaçqınlar üzər Ali Komissarı və Beynəlxalq Miqrasiya Təşkilatı avqustun 19-da yaydıqları bəyanatda bunu bu il Liviya sahillərində baş vermiş “ən böyük gəmi qəzası” adlandırıblar. Yerli balıqçılar 37-dək miqrant və qaçqını xilas ediblər. Əsasən Seneqal, Mali, Çad və Qanadan olan həmin şəxslər sahilə gətirilən kimi həbs olunublar. Son faciədən sonra Aralıq dənizindən keçərək Avropaya getməyə çalışarkən həlak olan miqrant və qaçqınların sayı 302-ni keçib. İlin əvvəlində Avropa Birliyi belə bir razılığa gəldi ki, yalnız müşahidə təyyarələri vasitəsilə insan alverinə qarşı əməliyyatı dayandırsın, əvəzində hərbi gəmilərdən istifadə etsin. Missiya miqrantların məsələsini birbaşa həll edə bilmədiyinə görə tənqid olunur. Bu il qayıqla Liviya və Tunisdən İtaliya və Maltaya 17 mindən çox miqrant gedib ki, bu da 2019-cu ildəkindən üç dəfə çoxdur. /azadliq.org/ Teqlər : #Aralıq,#dənizində,#beşi,#uşaq,#olmaqla,#azı,#miqrant,#həyatını,#itirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya müxalifətinin lideri Aleksey Navalnı zəhərlənib İran şəhid Qasim Süleymaninin adını verdiyi yeni ballistik raketin təqdimatını edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO