Aİ İsrail rejiminin yeni yaşayış məskənləri salmaq barədə qərarını qanunsuz adlandırıb 25 Yanvar 2017 02:00 Fələstin Sionist İsrail hökuməti İordan çayının Qərb sahilində 2,5 min mənzilin tikintisinə icazə verib Avropa İttifaqı (Aİ) işğalçı İsrail rejiminin İordan çayının Qərb sahili və Şərqi Qüdsdə yüzlərlə yeni yaşayış evinin tikintisi barədə qərarının beynəlxalq hüquq normalarına zidd olduğunu hesab edir. Maide.Az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin yaydığı press-relizdə qeyd olunur. "Yaşayış məskənlərinin genişləndirilməsinin davam etdirilməsi, beynəlxalq hüquq baxımından qanunsuzdur. Çünki o, BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə, Aİ-nin çoxillik siyasətinə, həmçinin "Yaxın Şərq dördlüyü"nün (Rusiya, ABŞ, Aİ və BMT) tövsiyələrinə ziddir", - deyə məlumatda bildirilir. Bir müddət əvvəl sionist rejimi İordan çayının Qərb sahilində 2,5 min ədəd mənzilin tikintisinə icazə verib. / Teqlər : #Aİ İsrail rejiminin yeni yaşayış məskənləri salmaq barədə qərarını qanunsuz adlandırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru M.Sədr: “ABŞ-ın səfirliyini Qüdsə köçürməsi İslam əleyhinə müharibə elan etməkdir” BMT İşğalçı İsrail rejiminin Qərb sahilində əlavə evlər tikməsi planını tənqid edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar