BMT İşğalçı İsrail rejiminin Qərb sahilində əlavə evlər tikməsi planını tənqid edib 25 Yanvar 2017 02:00 Fələstin Birləşmiş Millətlər Təşkilatı İşğalçı İsrail rejiminin Qərb sahilində əlavə evlər tikməsinə dair planlarını tənqid edib. Maide.Az xəbər verir ki, BMT-nin sözçüsü "birtərəfli hərəkətlərin" sülh prosesinə maneə törətdiyini deyib. Qeyd edək ki, Sionist İsrail rejimi Qərb Sahilində yeni yəhudi məskənlərini salmaq məqsədilə 2500 yeni evin tikilməsi barədə planları bəyan edib. Müdafiə naziri Avigdor Liberman və baş nazir Benyamin Netanyahu qərarın "yaşayış ehtiyacına" cavab olduğunu deyib. Fələstinli rəsmilər planları bölgədə sülh yaratmağa yönələn cəhdlərə yeni zərbə adlandırıb. BMT baş katibi Antonio Guterres-in sözçüsü Stephane Dujarric deyib: "Baş katib üçün hər iki dövlət həllində B planı yoxdur. Bu baxımdan hər iki dövlət məqsədinə maneə ola biləcək istənilən birtərəfli qərar baş katibi üçün ciddi narahatlıq doğurur”. İşğalçı İsrail rejiminin bu bəyanatı ABŞ prezidenti Donald Trump vəzifəsinə başladıqdan sonra ikinci bənzər bəyənatdır. Trump İsraildə yəhudi məskənlərinin tikilməsinə sələfi Barack Obamadan daha rəğbətli olacağını bəyan edib və yəhudi məskənlərinin açıq dəstəkçisini ABŞ-ın İsrailə yeni səfiri təyin edib. Yəhudi məskənləri 1967-ci ildə Qərb Sahili və Şərqi Qüdsün İsrail rejim tərəfindən işğalından sonra salınmağa başlayıb. Hazırda 140-dan çox yaşayış məntəqəsində təxminən yarım milyon yəhudi bu məskənlərdə yaşayır. Evlərdən 100-ü ABŞ prezidenti Trump-ın kürəkəni və baş müşaviri Jared Kuşnerin ailəsi tərəfindən idarə olunan təşkilat tərəfindən maliyyələşdiyi iddia edilən "Beit El" qəsəbəsində tikiləcək. Teqlər : #BMT İşğalçı İsrail rejiminin Qərb sahilində əlavə evlər tikməsi planını tənqid edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Aİ İsrail rejiminin yeni yaşayış məskənləri salmaq barədə qərarını qanunsuz adlandırıb Fəlsətinli qadın şairin sərbəst buraxılması üçün ABŞ-da kampaniya
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar