Atəşkəsdən sonra işğalçı israilin ilk qurbanı 10 yaşlı uşaq olub

Fələstinlilər və Sionist rejim arasına 72 saatlıq atəşkəsin bitməsində yalnız bir neçə saniə sonra Qəzza, işğalçı israil rejimi tərəfindən atəşə tutuldu.

Həmasın İzzidin Qəssam Briqadası da cavab olaraq, işğal olunmuş ərazilərdə sionist yaşayış şəhərciklərini  rəktlərlə hədəfə alıb.
İşğalçı rejimin  bu günki hava hücumlarında bir fələstinli uşaq ölüb, 6 nəfər yaralanıb.
 
İnterAz Dailystar-a istinadən xəbər verir ki, bu gün işğalçı rejimin  Qəzzaya endirdiyi hava zərbələrində bir fələstinli uşaq ölüb. Fələstin səhiyyə rəsmilərinin sözlərinə görə, 72 saatlıq atəşkəsdən sonra 10 yaşlı fələstinli uşaq İsrail hücumlarının ilk qurbanı olub.
 
Fövqəladə hallara nəzarət xidmətinin sözçüsü Əşrəf əl-Qudra AFP-yə müsahibəsində bildirib ki, 10 yaşlı uşaq Qəzzanın şimalındakı Şeyx Rizvan məscidinin bombardman edilməsi nəticəsində həlak olub. Onun sözlərinə görə, hava hücumları nəticəsində biri qadın olmaqla 6 nəfər də yaralanıb. maide.az

Google+ WhatsApp ok.ru