Avropa Birliyi parçalanmaya doğru hərəkət edir

Rəy sorğuları Avropa Birliyinin parçalanmaya doğru yolda addımladığından xəbər verir.

Maide.Az xəbər verir ki, İpsus müəssisəsi tərəfindən Avropa Birliyinə üzv 8 ölkədə həyata keçirilən rəy sorğuları bundan xəbər verir. Respondentlərin yarısı ölkələrinin Avropa Birliyindən çıxması üçün referendumun keçirilməsini istəyir. Bu rəqəm Almaniyada 33%-dir.

Vahid Avropa, vahid pul və sərhədlərin götürülməsi, bütün bunlar yaxşı fikirlərdir. Amma, hər şeyin qarma-qarışıq hal aldığı zaman, bunların heç bir faydası yoxdur. Hazırda Avropa Birliyi öz səmərəliliyini itirib. Buna görə də biz ondan çıxmalıyıq.

Artıq, Avropa Birliyinin sonuna o qədər də çox qalmayıb. Əlbəttə, məğlubiyyət ilə barışmaq olmaz. Mən belə düşünürəm ki, Avropa Birliyi özünü yenidən ələ almalıdır.

İngilislərin Avropa Birliyindən çıxmaq üçün düyməyə basdıqları və tezliklə bu ölkədə bununla bağlı referendumun keçiriləcəyi bir şəraitdə fransızların 41%-i, italyanların 48%-i, isveçlər, polşalılar, macarlar və belçikalıların da Avropa Birliyindən çıxmaq niyyətində olduqları barədə xəbərlər daxil olmaqdadır. İnsanların belə bir düşüncəyə sahib olmasında isə işsizlik böhranı, iqtisadi problemlər və mühacir böhranı ciddi təsirə malikdir. /

Google+ WhatsApp ok.ru