Türkiyədə Quran öyrənən şagirdlərə hədiyyələr verildi- Foto

Türkiyə Dini Vəqflər Təşkilatının internet portalına istinadla verdiyi xəbərə görə, Türkiyənin Dini Vəflər Təşkilatı "Mənim hədiyyəm Qurandır" layihəsinin həyata keçirilməsi yönündə ölkənin İstambul və Ankara şəhərlərindən bəzi Quran tədris mərkəzlərinə baş çəkərək ən yaxşı və nümunəvi Quran şagirdlərini mükafatlandırdı.
 
Bu mərasimdə müxtəlif yaşlarda olan və digərlərindən fərqlənən nümunəvi Quran-Kərim öyrəncilərinə bir cild Quran hədiyyə edildi.
 
Qeyd edək ki, Türkiyə Dini Vəqflər Təşkilatının ölkədə 998 şöbəsi vardır. Bundan əlavə bu təşkilatın ölkə xaricində də 102 nümayəndəliyi mövcuddur. (iqna)
 
 
 
 

Google+ WhatsApp ok.ru