Avropada ən böyük Fitr namazı İngiltərədə qılındı

Bu il Avropada ən böyük Fitr namazı İngiltərənin Birminqam şəhərində qılınıb.
 
Maide.az   İndependent qəzetinə istinadən məlumat verir ki,  Təqribən 60 min müsəlman Birminqam şəhərinin Smal His parkında qılınan Fitr bayramı namazında iştirak edib. 
Artıq 3 ildir ki, ardıcıl olaraq bu parkda Fitr bayramı namazı qılınır. İlk dəfə bu parkda qılınan bayram namazında iştirak edənlərin sayı bir neçə min nəfər idisə, ikinci il bu rəqəm 44 min nəfərə çatmışdı. Bu il isə Fitr bayramı namazında iştirak edənlərin sayı 60 min olub. 
İslam dini İngiltərədə ikinci böyük din sayılır və təqribən 3 milyon davamçısı var. 
Son illər ərzində İngiltərədə müsəlmanların sayı çox sürətli artıma malik olub. Bəzi analitiklər belə düşünürlər ki, 2050-ci ilə qədər İngiltərə əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edəcək.

Google+ WhatsApp ok.ru