Rumıniya müftisi: Buxarestdə böyük bir məscidin tikilməsinə ehtiyac var

Türkiyənin yardımı ilə Rumıniyanın paytaxtı Buxarestdə 1000 nəfərin eyni vaxtda ibadət etməsi üçün böyük bir məscid tikmək istəyirik və buna ehtiyac var. Bu sözləri Rumıniya müftisi Yusif Murat deyib. 
Maide.az “Balkan Insight” xəbər saytına istinadən məlumat verir ki, Y.Murat Rumıniya müsəlmanlarının hüquqlarının qorunmasına təkid edib və yeni məscidin tikilməsinin zəruriliyini vurğulayıb. “Bu məsciddə namaz qılanlar üçün geniş yerin olması ilə yanaşı, məscid ətrafında kiçik bir parkda salınacaq. Həmçinin Quran öyrənmək üçün dərs otaqları tikiləcək”. 
Qeyd edək ki, son günlər Türkiyə hökumətinin Buxarestdə böyük bir məscidin tikilməsinə maliyyə yardım etməsi və qarşılığında isə Rumıniya hökumətinin Türkiyənin İstanbul  şəhərində öz hesabına Kilsə tikməsi məsələsi Rumıniya əhalisinin narazılığına səbəb olub. Bele ki, Rumıniya əhalisi deyir ki, guya Buxarestdə tikiləcək məscid gələcəkdə ifratçıların toplaşacağı mərkəzə çevrilə bilər və Rumıniya milli təhlükəsizliyi üçün təhlükə yarada bilər. 
Rumıniya müftisi Y. Murat isə bu iddiaların əsassız olduğunu qeyd edərək bildirib ki, Rumıniya müsəlmanlarının hüquqları qorunmalıdır və onların bu məscidə sahib olma haqqı var. 
Qeyd edək ki, məscidin tikintisi 13000 kv metr ərazidə planlaşdırılır və məscidin tikintisinə 1 milyon avro vəsait tələb olunduğu proqnozlaşdırılır. 
Rumıniyada 64000 nəfər müsəlman yaşayır. Onlar əsasən Türk və Tatarlardır və ölkənin şərqində məskunlaşıblar. Hazırda Rumıniyada paytaxtı Buxarestin ətrafında qədimi bir məscid fəaliyyət göstərir ki, orada 800 nəfərin ibadət etməsi üçün şərait var. /
 

Google+ WhatsApp ok.ru