Avropa İttifaqının erməni sevgisi - VİDEO

 Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Ermənistanda səfərdədir.
 
D. Tusk uydurma “erməni soyqırımı” abidəsini ziyarət edib. Qonağı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan müşayiət edib. Sonra D. Tusk “Soyqırımı muzeyi-institutu”nda olub.
 
Qeyd edək ki, Aİ Şurasının prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Ermənistanda 1 günlük səfərdədir. O, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan ilə görüşəcək. S. Sarkisyanla görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. D. Tuskun müxalifət partiyaları ilə görüşü də nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru