Sionist rejim ordusu Qəzzə zolağına hücum edib 20 İyul 2015 01:00 Dünya Fələstin mənbələri sionist rejim hərbçilərinin Qəzza zolağına hücum etməsindən xəbər veriblər. Maide.az xəbər verir ki, sionist rejim hərbçiləri bu gün səhər Qəzza zolağının şərqində, Zeytun məhəlləsi sakinlərinin evlərinə və əkin sahələrinə hücum edərək, əkin sahələrinə ciddi zərər və ziyan yetiriblər. Fələstin mənbələri həmçinin sionist rejim ordusunun hərbi maşınları və təchizatlarının Qəzza zolağı ilə sərhəd məntəqədə qeyri-adi hərəkətliliyə malik olmasından xəbər veriblər. İsrail rejimi ötən ilin yayında Qəzzaya qarşı 50 günlük müharibənin ardınca Həmas ilə imzaladığı atəşkəs müqaviləsini davamlı olaraq pozur və Qəzza zolağına hücumlar edərək, fələstinliləri hədəfə alır. İşğal olunmuş Fələstindən daxil olan məlumatlarda həmçinin bildirilir ki, sionist rejim hərbçiləri bu gün səhər 17 yaşlı bir fələstinlini əl-Əqsa məscidinin yaxınlığında, Rəsül-Əmud məntəqəsində həbs ediblər. Teqlər : #Sionist rejim ordusu Qəzzə zolağına hücum edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa İttifaqının erməni sevgisi - VİDEO Soyqırım qurbanı olan daha 30 Bosniya müsəlmanı torpağa tapşırıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO