Avstraliya Parlamentinin qarşısında silahlı şəxs həbs olundu 08 Yanvar 2015 02:00 Dünya Avstraliya təhlükəsizlik mənbələri bu səhər parlament binası qarşısında silahlı şəxs həbs etdiklərini açıqladı. Maide.az xəbər verir ki, Avstraliya Parlament binası qarşısında şübhəli hərəkətləriylə diqqət çəkən bir şəxs həbs olundu. Həbs olunan şəxsin üzərində bıçaq çıxıb. Bildirilir ki, təhlükəsizlik qüvvələri sözügedən adamı təslim olmağa çağırsa da, o özünü müdafiə etməyə cəhd göstərib və polis şübhəli şəxsin müqavimət göstərdiyini gördükdə elektroşok tətbiq edərək onu zərərsizləşdiriblər. Avstraliya Xarici İşlər naziri Julie Bishop açıqlamasında hər şeyin tam şəkildə nəzarət altında olduğunu, narahatlığa səbəb yaradacaq vəziyyətin baş vermədiyini söyləyib. Teqlər : #Avstraliya Parlamentinin qarşısında silahlı şəxs həbs olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqın Samirra şəhərində terrorçu-kamikadze özünü partlatdı, ölən və yaralananlar var Ayətullah Cavadi Amuli: `Cahiliyyət təəssübünün olduğu yerdə qılınc hakim olur`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO