Avstriyadan təklif: Avropanın sərhədləri hərbçilərin nəzarətinə verilsin 02 Aprel 2016 01:00 Dünya Avstriya sərhədlərini qorumaq üçün hərbçilərdən istifadə etməyi planlaşdırır. Trend xəbər verir ki, bunu Almaniyanın "Welt" qəzetinə müsahibəsində Avstriyanın müdafiə naziri Hans Peter Doskotsil bildirib. Nazir hesab edir ki, eyni qaydada bütün Avropa İttifaqı (Aİ) ölkələrinin sərhədlərini qorumaq olar: "Aİ ölkələrinin xarici sərhədlərinin hazırda effektiv qorunmadığını nəzərə alsaq, Avstriya yaxın zamanlarda sərt sərhəd nəzarətini həyata keçirəcək. Bununla da Brenner sərhəd keçidində əsaslı şəkildə, o cümlədən hərbçilərin köməyi ilə nəzarət təşkil olunacaq". H.P.Doskotsil Yunanıstan, Bolqarıstan və İtaliya sərhədlərində mülki-hərbi missiyaların fəaliyyətinin başlanmasını təklif edir./ Teqlər : #Avstriyadan təklif: Avropanın sərhədləri hərbçilərin nəzarətinə verilsin, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rus dilində ixtisaslaşdırılmış Quran internet saytı fəaliyyətə başlayıb Tarixi Palmira yenidən ziyarət üçün açılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO