Rus dilində ixtisaslaşdırılmış Quran internet saytı fəaliyyətə başlayıb

İlk dəfə olaraq  Rus dilində  ixtisaslaşdırılmış  Quran, təfsir və tərcüməsi  üzrə  internet  saytı fəaliyyətə başlayıb. 
Maide.az xəbər verir ki, “alquran.ru” internet  saytı Rusiya  İslami Araşdırmalar mərkəzinin təşəbbüsü ilə açılıb.
Internet saytında  Quranın ərəb və rus dillərində mətni, təfsir, tərtil, Quran kitabxanası, surələrin tanıtımı,Quran  dastanları, Quran ensiklopediyası,Quranla bağlı məqalələr,  Quranla bağlı suallar və s.bölümlər var. 
Internet saytında  Quran üzrə araşdırmalar və elmi  bölmələr var ki, tədricən  yenilənəcək./
 

Google+ WhatsApp ok.ru