Ayətullah Kermani: `Yəmən xalqının qırğın edilməsi İslam dininin təlimlərinə ziddir` 17 Aprel 2015 01:00 Yəmən Maide.az-ın məlumatına görə, Ayətullah Məhəmməd Əli Muvəhhidi Kermani bu həftə cümə namazı xütbələrində Ərəbistanın Yəmənə qarşı hücumlarınn davam etməsindən danışıb. O, təəssüflənərək bildirib ki, Ali-Səud elə bir halda özünə Şərif Hərəmlərin (Məkkə və Mədinə) xidmətçisi adını seçib ki, indiyədək Yəməndə özünün yüzlərlə müsəlman qardaşını qətllə yetirib. Ayətullah Muvəhhidi Kermani müsəlman Yəmənə təcavüzün heç bir məntiqi dəlili olmadığını bildirərək deyib: "Yəməndə 2500-dən çox insanın qanının tökülməsi, məktəblilərin qırğın edilməsi və yaşayış massivlərinin bombalanması bəşəriyyətə qarşı cinayətdir. Tehranın cümə namazı xətibi vurğulayıb: Bu gün regiondakı diktatorların Yəmən xalqına qarşı törətdikləri bütün cinayətlər yalnız ona görədir ki, bu xalq müstəqil olmaq və öz ölkəsinin taleyini özü təyin etmək istəyir." Ayətullah deyib ki, Yəmən savaşının Ali-Səud rejimi üçün son dərəcə pis nəticəsi olacaq və Ərəbistana hakim kəsilmiş rejimi süqut və məhvə yaxınlaşdırır. Teqlər : #Ayətullah Kermani: `Yəmən xalqının qırğın edilməsi İslam dininin təlimlərinə ziddir`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanda Yəmənə dəstək etirazları keçirildi: Xeyli sayda həbs olunanlar var Rusiya Yəmən böhranının həlli üçün İran, Misir və Ərəbistanla məsləhətləşmələr aparır
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'