Ayətullah Sistani: `Qapılarınızı qardaşlarınıza açın!` 22 Aprel 2015 01:00 Dünya Maide.az-ın İraq saytlarına istinadən verdiyi məlumata görə, Ayətullah Seyid Əli Sistani Əl-Anbar vilayətindən Kərbəla və Nəcəf şəhərlərinə gələn miqrantlara bölgə xalqının yardım etmələrini istəyib. Ayətullah Sistani belə deyib: "Əl-Anbar xalqı hamımızın qonağıdır. İmkanı olanlar bu qardaşlarına qapılarını sona qədər açsın. Evinizi və yeməyinizi onlarla bölüşün". Məlumata görə Ayətullah Sistaninin bu tövsiyəsindən sonra Sədr səmtində bir qrup könüllü evlərini Əl-Anbardan gələnlər üçün açaraq, onlara qalacaq yer və ərzaq yardımı verib. Həmçinin Bağdad sakinləri tərəfindən də Əl-Anbar xalqı üçün ərzaq və səhiyyə yardımları mərkəzləri yaradılıb. Teqlər : #Ayətullah Sistani: `Qapılarınızı qardaşlarınıza açın!`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zərif: Yekun anlaşmanın yazılması prosesinə bu gündən start veriləcək Qəzza zolağı sərhədində İsrail hərbi bazası yaxınlığında partlayış
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO