Qəzza zolağı sərhədində İsrail hərbi bazası yaxınlığında partlayış

Maide.az Fələstin mənbələrinə istinadən xəbər verir ki, ötən gecə Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhəri ilə sərhəd məntəqədə yerləşən İsrail rejiminin hərbi bazası yaxınlığında partlayış olub. 
 
Partlayış nəticəsində xəsarət alan olmayıb. 
 
Məlumata görə, partlayış Xan Yunus şəhərinin şərqində yerləşən Əbəsan qəsəbəsi ilə işğal altında olan ərazilərin cənub hissəsi arasında baş verib. 
 
İsrail hərbi maşınları dərhal hadisə yerinə gəlib və hərbi bazanın ətrafını sürətlə təmizləməyə başlayıblar. Hələ ki, partlayışın səbəbləri açıqlanmır.

Google+ WhatsApp ok.ru