Ayətullah Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Azərbaycan ərazilərinin mühüm hissəsinin azad edilməsi ilə bağlı təbrik müraciəti yayıb 11 Noyabr 2020 11:19 Dünya Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi höccətül-islam Seyid Həsən Amuli Azərbaycan ərazilərinin mühüm hissəsinin işğaldan azad edilməsi ilə bağlı təbrik müraciəti yayıb. Maide.Az xəbər verir ki, müraciətdə deyilir: “Bağışlayan və Mehriban Allahın adı ilə ” إِنَّ الْمُلُوکَ إِذَا دَخَلُوا قَرْیَهً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّهَ أَهْلِهَا أَذِلَّهً وَکَذَلِکَ یَفْعَلُونَ “ "Dedi: «Şübhəsiz, padşahlar elə ki, bir şəhərə (ya ölkəyə) daxil olarlar, oranı xarabazara çevirərlər və ölkənin başçılarını və qüdrətlərini zəlil edərlər və (onlar adətən) belə (hərəkət) edərlər". (Nəml surəsi, ayə 34) Böyük Azərbaycan xalqını öz torpaqlarının mühüm bir hissəsinin azad olunması münasibətilə təbrik edirəm. Bu möhtəşəm hadisə onu göstərir ki, işğalçılıq əbədi davam edə bilməz və işğalçı dünyanın hər hansı bir yerində olmasından asılı olmayaraq, sonda kədər, itki və göz yaşı ilə evinə qayıtmalı olacaq. Və belə bir qəti tale (sonluq) mütləq çağdaş dövrün ən murdar və ən qan tökən işğalçısı, yəni müqəddəs Qüdsün qəsbkarı sionist rejimini gözləyir. Azərbaycan xalqı Dağlıq Qarabağın Azərbaycana məxsus olması və onun boşaldılmasının vacibliyi ilə bağlı ali rəhbərimizin müdrik açıqlamaları ilə təsdiqlənmiş İranın bu münaqişənin başlanğıcından sonuna qədər xüsusi diqqətini və qayğısını unutmayacağına şübhə etmirəm. Uca Allahdan şəhidlərə rəhmət, yaralılara şəfa və şəhid ailələrinə təsəlli və səbr diləyirəm”. Ali Rəhbərin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amuli Teqlər : #Ayətullah Xamenei,#Ərdəbil vilayəti üzrə nümayəndəsi ,#Həsən Amuli , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Dövlət Departamenti 50 ədəd 'F-35' qırıcısının BƏƏ-yə satılmasına icazə verdi BMT ABŞ-da insan haqlarının vəziyyətini tənqid etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO