Bəşər Əsəd and içdi

Bəşər Əsəd Suriya prezidenti kimi and içib.

Paytaxt Dəməşqdə əl-Şaab sarayında keçirilən and içmə mərasimində Suriya Xalq Şurasının (parlament) deputatları, hərbiçilər , siyasi və ictimai şəxsiyyətlər  iştirak edib.

Maide.az-ın Suriya KİV-lərinə istinadən məlumatına görə, Bəşər Əsəd bununla da səslərin 88 faizini toplayaraq üçüncü dövr üçün Suriyanın  Prezidenti oldu.

Ötən 50 il ərzində Əsəd ailəsinin hakimiyyətdə olduğu müddət ərzində bu ilk dəfədir ki, Suriyada prezident seçkiləri bir neçə namizədin iştirakı ilə keçirlib. Əhali səsvermədə iştirak edərək öz namizədlərinə səs verib.

Quran kitabına əl basaraq and içən Əsəd “ölkə Konstitutsiyasına, qanunlarına, xalqın maraqlarına və onun seçimlərinə hörmət edəcəyini bildirib”

B.Əsəd bildirib ki, ölkənin ərazi bütövlüyü və müsəqilliyini qoruyacağam. Sosial ədalət və ərəb millətinin birliyinə nail olacağam.

O əlavə edib ki, Suriyada keçirilən seçkilər ölkə düşmənlərinə bir cavab idi.  " Suriyada seçkilərdə əhalinin aktiv iştirakı terrorizmə qarşı bir referendum oldu və böyük ölkəələrin planlarını uğursuz etdi"-deyə Əsəd bildirib. 

 

 

Google+ WhatsApp ok.ru