`Misir qatillə zərərçəkmişi bir tutur`

Fələstin İslami Cihad Hərəkatı baş katibinin köməkçisi Ziyad ən-Nəhalə təşkilatlarının Misirin atəşkəs təklifini qəti şəkildə rədd etdiyini söyləyərək, bu təklifin qatillə zərərçəkmişi bir tutduğuna diqqət çəkib.

Ən-Nəhalə həmçinin qeyd edib ki, işğalçı İsrail rejimi atəşkəsi qəbul etdiyini söyləməsinə baxmayaraq, hücumları fasiləsiz şəkildə, hətta bir dəqiqə belə ara vermədən davam etdirdiyini, üstəlik Qəzzaya tətbiq olunan blokadanın qaldırılacağına dair də ən kiçik bir işarə vermədiyini xatırladıb.

Ziyad ən-Nəhalə həmçinin bildirib ki, müsbət yöndə bütün sülh təkliflərinə qapıları açıqdır.

Google+ WhatsApp ok.ru