Bəhreyndə anti-hökumət aksiyaları davam edir

Bəhreyn vətəndaşları anti-hökumət aksiyaları keçiriblər.

Maide.az-ın Əl-Aləm telekanalına istinadən məlumatına görə,  Bəhreynin müxtəlif bölgələrində o cümlədən Sinabs, Cəd Həfəz, Nəvidrat , Sitrə və Bəlad Qədim bölgələrində Bəhreyn vətəndaşlarının iştirakı ilə keçirilən anti-hökumət aksiyalarında etirazçılar müxtəlif şüarlar səsləndiriblər.

Etirazçılar siyasi məhbusların azad edilmələrini tələb ediblər. Aksiyaçılar səsləndirdikləri şüarlarda Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin bu ölkə vətəndaşlarına qarşı sərt davranışları  pisləyiblər.

Etirazçılar həmçinin beynəlxalq hüquq təşkilatlarından bu haqda üzərlərinə düşən öhdəliklərinə əməl etmələrini istəyiblər.

2011-ci ilin fevral ayından Bəhreyndə  xalqi dinc aksiyalar keçirir və etirazçılar ölkədə demokratiya və azadlıq bərqərar edilməsi və siyasi islahatların aparılmasını istəyirlər. Ali-Xəlifə rejiminin hakimiyyətdən kənarlaşdırılması etirazçıların əsas istəyini təşkil edir.

Bəheryndə xalq etirazlara başladıqdan sonra  bu ölkə polisi etirazçılara repressiya tətbiq edir və həbs etdiyi etirazçıları da işgəncə edir. /

 

Google+ WhatsApp ok.ru