Həmas işğalçı israilin zabitini əsir götürdü

İşğalçı İsrail ordusunun yüksək rütbəli hərbçisi "Həmas" tərəfindən əsir götürülüb.
 
Bunu "Həmas"ın siyasi bürosunun rəhbəru Mussa Əbu Marzuk deyib.
Maide.az-ın İranın Fars agentliyinə istinadən məlumatına görə, Həmas rəsmisi deyib ki, israilli zabit atəşkəs elan edilməmişdən öncə qaçırılıb.
 
Qeyd edək ki, avqustun 1-də İsrail Qəzza sektorunda BMT-nin baş katibi Pan Gi Munun və ABŞ-ın dövlət katibi Con Kerrinin təklif etdiyi üç günlük humanitar barışığa razılıq verib. 
 
C.Kerri Hindistana səfəri zamanı tərəflərin 1 avqust saat 08:00-dan etibarən atəşkəs barədə razılığa gəldiyini bəyan edib. 
 
Bir müddət əvvəl Fələstin müqavimət hərəkatının bütün fraksiyalarının Qəzzada İsraillə 72 saatlıq barışığa razılıq verdiyini HƏMAS da təsdiqləmişdi.
 
Lakin atəşkəs rejimi 2 saatdan çox davam etməyib və sionist rejim  Qəzza sektorunda hərbi əməliyyatlara yenidən başlayıb. 
 
Qeyd edək ki, sionist rejimin  iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində (25 gün) indiyədək aralarında uşaq və qadınların da olduğu 1500-dən çox fələstinli öldürülüb, 8 mini isə yaralanıb. sionist  ordusu isə 131 hərbçisini itirib. 

Google+ WhatsApp ok.ru