Bərzani: Mənim üçün Kobani və Ərbil arasında fərq yoxdur

İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzani, "Mənim üçün Kobani və Ərbil arasında fərq yoxdur. Ona görə də əlimdən gələni əsirgəmədim. Ərbilin müdafiə olunması üçün etdiyimizi Kobani üçün də etdik", - deyib.
 
Maide.az-ın məlumatına görə, Bərzani kürd xalqının çox həssas bir müddətdən keçdiyini deyərək, "bu müddətdə bütün tərəflər kimi aramızdakı birliyi və bütövlüyü təmin etmək üçün hər zamankından daha çox səy sərf etməyimiz lazımdır. Çünki edilən hücumlar bütün kürdlərə istiqamətlidir", - söyləyib.
 
İŞİD-ə qarşı döyüşən tək gücün kürdlər olduğunu deyən Bərzani belə davam etdi: "Terroristlər iki dövlətin ordusu ilə döyüşməyi bacardı. Ancaq kürdlərə qarşı uduzdular. Buna görə də, kürd olaraq dünyaya birlikdə hərəkət etdiyimizi göstərməyimiz çox əhəmiyyətlidir. Aramızdakı bütün anlaşılmazlıqları və problemləri bir kənara qoymalıyıq. Birlikdə xalqımızın və torpağımızın şərəfini və qürurunu qorumalıyıq. Bu məsuliyyət hamımızın çiyinindədir."

Google+ WhatsApp ok.ru