Rusiyalı diplomat: ABŞ Fələstin dövlətinin yaranmasına mane olur

BMT-də Rusiyanın daimi nümayəndəsi Vitaliy Çurkin bildirib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Fələstin dövlətinin yaradılmasına dair qətnamə qəbul etmə şansı çox azdır.
Rusiyalı diplomat hesab edir ki, qətnamə ABŞ tərəfindən veto oluna bilər.
Rusiyalı diplomatın  deyib ki, qətnamə qəbul olunarsa Rusiya öz növbəsində bu qərarı dəstəkləyəcək. "Əgər qətnamə səsverməyə çıxarılarsa biz onu dəstəkləyəcəyik"- deyə o bildirib.
Qeyd edək ki, qətnamə layihəsi oktyabrın 21-də səsverməyə çıxarıla bilər.
Ötən günlərdə Qahirədə, Qəzzanın yenidən qurulması üzrə beynəlxalq konfrans çərçivəsində Rusiya Xarici İşlər Nazirinin müavini, Yaxın Şərq üzrə RF presidentinin xüsusi nümayəndəsi  Mixail Baqdanovla Fələstin prezideti Mahmud Abbasın görüşü baş tutmuşdu.
Bu görüşdə M.Boqdanov bildirib ki, Moskva Fələstin höküməti səlahiyyətlərinin bütün Fələstin torpaqlarında geniş yayılmasını alqışlayır.//

 

Google+ WhatsApp ok.ru