Bəhreynli inqilabçılar üçün həbs hökmü

Maide.az-ın məlumatına görə, Bəhreyndə Siyasi Məhbusları Himayə Komitəsi özünün son statistikasında bildirib ki, Ali-Xəlifə rejiminin məhkəmələri daha 35 nəfəri dinc siyasi fəaliyyət ittihamı ilə bütövlükdə 227 il həbsə məhkum ediblər.
 
 
Verilmiş hökmlərə əsasən, bu inqilabçılardan olan Əhməd Əlasəməx 97 il həbs cəzasına məhkum olunub.
 
Həbs olunanlar arasında Fatimə Məhluq adında bir qadının adı da var. Belə bir halda, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bu ölkə xalqına qarşı repressiyalarının davamında Bəhreyn Əlvəd cəmiyyətinin keçmiş baş katibi İbrahim Şərifi, azadlığından təkcə 24 günün keçdiyi bir halda bazar günü bir daha həbs ediblər.
 
Bəhreyn 2011-ci ilin 14 fevralından Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir.
 
Bəhreynlilər azadlıq, ədalətin bərqərarı və öz ölkələrində xalq tərəfindən seçilmiş bir quruluşun hakimiyyətə gəlməsini istəyirlər.

Google+ WhatsApp ok.ru